Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Keçən il Almaniyaya 186 min sığınacaq axtaran şəxs gəlib. AzEuroNews.com-un məlumatına görə,  bu barədə Almaniyanın daxili işlər naziri  Thomas de Maziere jurnalistlərə açıqlamasında deyib.

Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere
Almaniyanın Daxili İşlər Naziri Thomas de Maziere

Onun sözlərinə görə, keçən il gələn qaçqın və miqrantlardan 47 min  434 nəfəri suriyalı, 21 min 43 nəfəri iraqlı, 12 min 346 nəfəri əfqan, 9 min 524 nəfəri eriteriyalı, 7 min 927 nəfəri türkiyəli və 7 min 795 nəfəri iranlı olub.

Daxili işlər nazirinin sözlərinə görə, 2017-ci ildə ümumilikdə 600 mindən çox sığınacaq axtaran şəxsin ərizəsi qəbul edilib.

Oktyabr 2017 Noyabr 2017 Dekabr 2017
Suriya 3.473 4.060 3.105
İraq 2.148 2.051 1.582
Əfqanıstan 1.160 1.264 927
Eriteriya 703 562 815
Nigeriya 581 800 674
İran 754 787 525
Gürcüstan 355 444 522
Türkiyə 1.073 1.084 517
Somali 515 638 471
Başqaları 362 469 333