Almaniyada bir qrup entuziastdan ibarət “The Real Life Guys” qrupu “YouTube”da öz ixtirasını nümayiş etdirib.

İKT.lent.az-ın xəbərinə görə, qrup uçan vanna şəklində olan dron hazırlayıb. Videoda görünür ki, evdə yemək olmadığını görən gənc bayıra çıxaraq həyətdə park olunmuş “vanna”ya oturur. Distasion idarəetmə pultu vasitəsilə o, 4 mühərrikli dronu havaya qaldırır və ərzaq dükanının qarşısında yerə enir.

Qeyri-adi ixtira böyük marağa səbəb olub. Yanvarın 15-də “YouTube”a yerləşdirilmiş video təxminən yarım milyon dəfə izlənib.