Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Faruk Sumerin “Oğuzlar”, Rəşidəddin Fəzlullahın “Oğuznamə”, Nikolay Ostrovskinin “Polad necə bərkidi” əsərləri Naxçıvanda yenidən nəşr etdirilərək oxuculara təqdim edilib.

AzEuroNews.com-un məlumatına görə, xəbər verir ki, nəfis tərtibatla kitablar Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi tərəfindən nəşr olunub.

Bu kitablardan biri məşhur türk tarixçisi Faruk Sumerin kitabı, uzun axtarışlarının əvəzsiz bəhrəsi olan “Oğuzlar” kitabıdır. Kitabda oğuzların türk xalqının təşəkkülündə, inkişafında böyük rol oynamış ən güclü qol olmasından bəhs olunub.

Digər kitab isə Rəşidəddin Fəzlullahın “Oğuznamə” kitabıdır. Kitabda oğuzların Azərbaycana gəlməsi və burada məskən salması haqqında nadir məlumatlar verilib.

Nikolay Ostrovskinin “Polad necə bərkidi” romanının qayəsi isə ideyaya sadiqlik və onun uğrunda mübarizədir.

Qeyd edək ki, hər üç əsər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “Oxunması zəruri olan kitablar” siyahısına daxildir. Bu siyahıya ümumilikdə 31 əsər daxil edilib ki, onların da hər biri gənclərin geniş dünyagörüşlü və vətənpərvər ruhda formalaşması baxımından müstəsna əhəmiyyət kəsb edir.