Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Almaniyada Azərbaycana deport edilməli olan ailə  miqrasiya bürosunun əməkdaşlarını girov götürüb. AzEuroNews.comun məlumatına görə, hadisə Gutersloh bölgəsində qeydə alınıb. Belə ki, gecə 03:30 radələrində  49 və 53 yaşlı azərbaycanlı cütülüyün yaşadığı qaçqın yataqxanasına gələn  Miqrasiya bürosunun (Ausländerbehörde – almanca) əməkdaşları polislərin iştirakı ilə onları yataqxanadan çıxarmaq istəyib.

Azərbaycanlı ailənin yaşadığı bina
Azərbaycanlı ailənin yaşadığı bina

Məlum olub ki, 4 nəfərdən ibarət ailənin başçısı və xanımı ilər öncə Almaniyaya bir dəfə gəliblər. Daha sonra onlar Azərbaycana qayıdıblar. Bir müdət Azərbaycanda qalan ailə yenidən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Almaniya Qaçqınlar və Miqrasiya ilə iş üzrə Federal İdarədə (BAMF) baxılan azərbaycanlı ailənin işi ilə bağlı yekun qərar “neqativ” olub. Sözügedən idarə ailə başçısı və xanımı ilə bağlı deport qərarı çıxarıb.

Qərarın icrasını yerinə yetirən Miqrasiya bürosu və polis əməkdaşları ailə başçısnın və xanımının fiziki təzyiqinə məruz qalıblar.

Qəfildən əl atıb polis əməkdaşlarından birinin xidməti silahını ələ keçirən azərbaycanlı ailə başçısı onları girov götürdüyünü bildirib. Bu zaman evdə olan polis və təcili yardım briqadasının əməkdaşları qaçıblar. Xanımı mətbəx bıçağını götürərək özünə xəsarət yetirməyə başlayıb. Hadisə yerinə gələn əlavə polis əməkdaşları azərbaycanlı ailə başçısının əlindən silahı almağı bacarıb.

polis almaniya 3332

Məlumatda bildirilir ki, azərbaycanlı ailə 4 nəfərdən ibarət olub. Onların hər iki qızlarının sığınacaq istəyinin qəbul edilib-edilməməsi ilə bağlı məlumat yoxdur. Hadisə vaxtı evdə onların dostları da olub.

Hazırda faktla bağlı Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.