“Apple” şirkəti süni intellektə malik “ağıllı” diş fırçası hazırlayıb.

İKT.lent.az-ın şirkətin saytına istinadən verdiyi məlumata görə, “E1 Colgate Connect” adlanan diş fırçası “Colgate” şirkəti ilə birgə yaradılıb. O, iOS əməliyyat sistemi üçün olan “Colgate Connect” əlavəsi, həmçinin  “Apple Watch” “ağıllı” qol saatları ilə sinxronlaşdırılıb.

Cihaz “ağız xəritəsi”ni tərtib edə bilir. Həmçinin ağız boşluğuna qulluqla bağlı məsləhət verə və istifadəçinin dişlərini nə qədər keyfiyyətli yuduğunu izləyə bilər.

Qeyd edək ki, cihaz enerji ilə doldurulmadan 10 gün müddətində çalışa bilir.