“Real Madrid”in hücumçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, ulduz futbolçu “Liverpool”un maraq dairəsinə düşüb.

Beylə görə “Liverpul” qarşı tərəfə 100 milyon avro təklif edib. “Qırmızılar” ən geci mövsümün sonunda bu keçidi həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Qaret Beyl “Real Madrid”ə 2013-cü ildə “Tottenxem”dən keçib.