Türkiyənin Suriyanın Afrin şəhərində keçirdiyi hərbi əməliyyatın əsas məqsədi 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq və bu ərazini terrorçulardan təmizləməkdir.

Oxu.Az-ın NTV telekanalına istinadən məlumatına görə, bu barədə ölkənin baş naziri Binəli Yıldırım bəyan edib.

“Əməliyyat dörd mərhələdə həyata keçiriləcək. Əsas məqsəd terrorçulardan təmizlənəcək 30 kilometrlik ərazidə təhlükəsizlik zonası yaratmaqdır”, – baş nazir deyib.

O əlavə edib ki, əməliyyatın ilk günündə Türkiyə hərbçiləri arasında ölən və yaralanan olmayıb.