Sahibkar Fəxrəddin Bağırov
Sahibkar Fəxrəddin Bağırov

Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Gədəbəy rayonunda icra başçısı Ramiz Yediyarovun sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluğu davam edir. 3 ay əvvəl icra başçısı sahibkarın Gədəbəy rayonu, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən obyektinin qapı-pəncərəsini, darvazasını daşla hördürərək işini iflic edib. Sahibkar Bakıya didəgir salınıb, işçiləri isə 3 aydır evlərinə 1 qara qəpik belə apara bilmirlər.  Azeuronews.com-un hazırladığı videonu izləməklə Gədəbəyin icra başçısının törətdiyi qannunsuzluqların hansı səviyyədə olduğunu, ümumilikdə bir məmurun sahibkarlığa vurduğu ziyanın hansı səviyyəyə çatdığını görə bilərsiniz.