Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Ötən gün Bakının Əhməd Rəcəbli küçəsində yerləşən Lor hospital adlı tibb müəssisəsində pasientlərə qarşı özbaşınalıq və hörmətsizlik edilməsi ilə bağlı vətəndaşların şikayəti əsasında hazırladığımız yazıya sözügedən tibb müəssəsindən cavab gəlib.  Lor hospitalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Babazadə AzEuroNews.com-a bildirib ki, yazıda Lor hospitalla bağlı sadalanan faktlarla razı deyillər. Onun sözlərinə görə, əvvəla yazıda simvol foto kimi istifadə olunan şəkil illər öncə çəkilib: “Hazırda o şəkildəki kollektiv Lor Hospitalda çalışmır. Şikayətçi vətəndaş Ələsgər Süleymanovun iradlarına gəldikdə isə, özüm şəxsən həmin gün orda olmuşam. Həmin vətəndaşa vəziyyət barədə məlumat verilib. Təcili əməliyyata gedən xəstə olduğundan həkim onu bir qədər gec qəbul edib. Vətəndaşın haqlı şikayəti tərəfimizdən qəbul olunub. Yenə də deyirəm, bu sadəcə kiçik bir anlaşılmazlığın nəticəsi olub”.

Xəstələri şikəst edən Lor Hospitalda dəhşətli özbaşınalıq – Foto
Xəstələri şikəst edən Lor Hospitalda dəhşətli özbaşınalıq – Foto

B.Babazadənin sözlərinə görə, klinikada həkimlərin qəbul qiyməti standartdır: “Uzman həkimlərimizin qəbulu 40 manat, digərlərinin isə, 30 manatdır. Yazıda sadlanan faktların əksəriyyəti keçmiş kollektivin zamanında olub. Onların da çoxu hazırda hospitalda çalışmır. 2017-ci ilin sentyabrında hospitalın kollektivi tamamilə dəyişilib”.