“Azərişıq” ASC –nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb.

“AzeuroNews.com” APA-ya istinadən xəbər verir ki, Ağcabədi, Beyləqan və Füzuli  rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.

Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb.  Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.

“Azərişıq” ASC –nin  Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan  İran istehsalı olan “PAUD RAAD”  SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.