Bu gün UEFA-nın yeni layihəsi olan Millətlər Liqasının ilk mövsümünün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, quruma üzv olan 55 ölkənin millisi 2018/19 mövsümünün qalibi adı uğrunda mübarizədə rəqiblərini tanıyacaq

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Yığmaların UEFA reytinqinə görə yarış iştirakçıları 4 liqada qüvvəsini sınayacaq. A liqasında yer alan ən güclü 12 komanda kubok və medallar üçün “döyüşəcək”. B liqasında 12, C liqasında 15, D liqasında 16 yığma mübarizə aparacaq.

Bütün liqalarda komandalar 4 qrupa bölünəcək. A liqasında qrup qalibləri mükafatlar uğrunda yarımfinal və finalda oynamaq imkanı qazanacaq. Digər liqaların qrup birinciləri isə 2020/21 mövsümündə daha yüksək dəstədə çıxış etmək imkanına yiyələnəcək. A, B və C liqalarında qrup sonuncuları növbəti mövsümdə aşağı dəstədə qüvvəsini sınamalı olacaq.

Qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək.

Bundan başqa, hər liqadan 1 komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.

Reytinqə görə UEFA-nın 40-cı komandası olan Azərbaycan yığması D liqasında yer alıb. Millimiz ən zəif 16 komanda sırasında 1-cidi.

2018-ci ilin sentyabr-noyabr aylarında baş tutacaq qrup mərhələsinin iştirakçıları püşkdən öncə səbətlərə bölünüb. Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız D liqasının 1-ci səbətində qərarlaşıb.

Millətlər Liqası

A liqası

I səbət

Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət

Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət

Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B liqası

I qrup

Çexiya

Ukrayna

Slovakiya

II qrup

Türkiyə

İsveç

Rusiya

III qrup

Şimali İrlandiya

Bosniya və Herseqovina

Avstriya

IV qrup

Danimarka

İrlandiya

Uels

C liqası

I qrup

İsrail

Albaniya

Şotlandiya

II qrup

Estoniya

Finlandiya

Yunanıstan

Macarıstan

III qrup

Kipr

Bolqarıstan

Norveç

Sloveniya

IV qrup

Litva

Monteneqro

Serbiya

Rumıniya

D liqası

I qrup

Andorra

Qazaxıstan

Latviya

Gürcüstan

II qrup

San Marino

Moldova

Lüksemburq

Belarus

III qrup

Kosovo

Malta

Farer adaları

Azərbaycan

IV qrup

Cəbəllütariq

Lixtenşteyn

Ermənistan

Makedoniya

Püşkün qaydalarına əsasən, iki cütlük eyni qrupda yer ala bilməz. Ölkələr arasında münasibətləri nəzərə alan UEFA B liqasında Rusiya və Ukrayna, D liqasında Azərbaycanla Ermənistanı ayrı qruplara salacaq. Lakin pley-offda oynamalı olacaqları halda bu rəqiblərin də dueli qaçılmaz olacaq.

Qeyd edək ki, artıq oyunların keçirilmə tarixləri də bəllidi. Qrup oyunları 2018, final mərhələsi 2019, pley-off 2020-ci ildə baş tutacaq.

Qrup mərhələsi

I tur – 6-8 sentyabr 2018

II tur – 9-11 sentyabr 2018

III tur – 11-13 oktyabr 2018

IV tur – 14-16 oktyabr 2018

V tur – 15-17 noyabr 2018

VI tur – 18-20 noyabr 2018

Final mərhələsinin püşkü – dekabr 2018

Final mərhələsi – 5-9 iyun 2019

Pley-offun püşkü – 22 noyabr 2019

Pley-off – 26-31 mart 2020