Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ►  Amerika Birləşmiş Ştatlarının Nyu-Hempşir əyalətində polis iti hücuma məruz qalıb. AzEuroNews.com-un məlumatına görə, əyalətin Boscawen şəhərindəki bir evdən silah səslərinin gəlməsi ilə hadisə yerinə gedən polis əməkdaşları özləri ilə xüsusi təlim görmüş iti də aparıblar.

b1243abfe4e01ce42318547c44b6f7aa

Ödənməmiş borclara görə, axtarılan iki nəfər polis tərəfindən həbs olunan zaman onlarda biri müqavimət göstərib. O, polis itinin üstünə hücum edərək onu dişləməyə başlayıb.

Polis hücum edən şəxsi elektroşok cihazı ilə zərərsizləşdirə bilib.

Məhkəməyə çıxarılan ABŞ vətəndaşı “K9 Veda” adlı polis itini dişlədiyi və müqavimət göstəridiyi üçün həbs olunub.