Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə raket atılıb.

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərmi məscidə düşüb.

Kilis meri yerli telekanallara müsahibəsində bildirib ki, partlayış nəticəsində bir nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.