Rusiya 2018 Dünya Çempionatı zamanı stadionalrda və azarkeşlərin toplaşdığı ərazilərdə pivə satışına icazə verəcək.

Publika.az xəbər verir ki, bu barədə baş nazirin köməkçisi Vitali Mutko məlumat verib.

Qeyd edək ki, bir neçə gün öncə Samara stadionu və onun yaxınlığındakı satış məntəqələrində spirtli içkilərin satışına qadağa qoyulacağı bilgisi verilmişdi.

Rusiyada hal-hazırda stadionlarda spirtli içki satışı qadağandır.