Rusiya prezidenti Vladimir Putinin qızı Katerina Tixonova biznesmen həyat yoldaşı Kirill Şamalovdan boşanıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yazılıb:

“Adının açıqlanmasını istəməyən 4 mənbə bildirib ki, Şamalovla Putinin kiçik qızı Katerina Tixonovanın nikahı pozulub”.

Qeyd edək ki, 31 yaşlı Katerina ilə Kirill 2013-cü ilin fevralında Sankt-Peterburqun  şimalında V.Putinin dostu Yuriy Kovalçuka məxsus xizək sürmə mərkəzində keçirilib.