Rusiyanın “Forbes” jurnalı 2017-ci ilin yekunları ilə bağlı ölkənin “əmlak kralları”nın reytinqini tərtib edib. Modern.az jurnala istinadən xəbər verir ki, reytinqə kommersiya mülkiyyətindən əldə edilən icarə haqqının miqdarı əsas götürülüb.

Siyahıda 30 ən iri əmlakçı arasında Azərbaycan əsilli iş adamları da yer alıb.

İlk pilləni Azərbaycanın Quba rayonundakı Qırmızı qəsəbədən olan Qod Nisanov və Zarah İliyevin sahibi olduqları “Kiyev meydanı” şirkəti tutur. Bu şirkətin tərkibindəki ticarət, ofis, mehmanxana, anbar və sərgi zallarından ildə 1,535 milyard dollar gəlir əldə olunur.
Xüsusən ticarət obyektləri, bazarlar Azərbaycandan olan milyarderlərə 1,231 milyard dollar qazandırır.

İcarədarlar arasında 5-ci yeri isə daha bir Azərbaycan əsilli iş adamı Araz Ağalarov tutub. Ona məxsus “Crocus Group” ildə 370 milyon dollar qazanır. Şirkərin əsas icarə gəlirlərini “Crocus EKSPO”, “Veqas” ticarət-əyləncə mərkəzi  və s. kommersiya obyektlərinin icarəyə verilməsi qazandırıb.