“Barselona” futbol klubundan “Başakşehir”ə transfer olaraq yenidən Türkiyəyə geri dönən Arda Turanın nikahı olub.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu tez-tez küsüb-barışdığı sevgilisi Aslıhan Doğanla kəbin kəsdirib.

İddialara görə, cütlük bu yay dəbdəbədən uzaq, sadə toy etməyi planlaşdırır.

Qeyd edək ki, futbolçu Türkiyəyə geri dönməsini qısa müddətdə yuva qurub, uşaq sahibi olmaq istəməsi ilə izah etmişdi.

Картинки по запросу arda turan aslıhan doğan