Bakının mərkəzində, metronun “28 may” stansiyasının yaxınlığında partlayış baş verib.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Partlayış yanğınla müşahidə olunub.

Hadisə “Ofisait” mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı “Ofisait” mağazasına da ziyan dəyib.