Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Qadınlar dünyanın bir çox dövlətlərinin ordu sıralarında yer alsalar da, aktiv cəbhə məsuliyyəti verənlərin sayı azdır AzEuroNews.com xəbər verir ki, hazırda bir çox ölkələrdə ordular qadınlara əmanət edilir, ancaq bu mövzuda münaqişələr də davam edir.

Bu dəfə sizə əsgərlik vəziyyətinə  görə, qadınların orduda xidmət etdiyi ölkələri təqdim edirik:

İsraildə qadınlar məcburən əsgərlik etməlidirlər. 1994-cu ilə qədər onlar Hava Qüvvələrinə alınmayıblar. Daha sonra bu qərardan yan keçilib. Ölkədə qadınlar üçün əsgərlik müddəti 2 il, kişilər üçün isə 3 ildir.

Finlandiyada vətəndaş müharibəai zamanı “Naiskaarti ” adlı qadın birləşmələr olub. Bu müharibədən sonra qadınların ön cəbhədə döyüşməsi dayandırılıb. II Dünya müharibəsində xanımlar arxa cəbhədə partizan birliklərində yer alıblar. Finlandiyada əsgərlik 18-60 yaş aralığında olan bütün kişilər üçün məcburidir, qadınlar üçün isə bu könüllüdür.

Almaniyada nasizm zamanından qadınlar üçün əsgərlik məcburidir. 1955-ci ildə qurulan alman ordusu NATO ölkələri arasında ən mühafizəkarlardan biridir.

Liviya qadın əsgərləri olan tək İslam dövlətidir. Qəddafinin 200 nəfərdən ibarət olan mühafizəçilərindən ibarət olan birlik “Amazon mühafizəçiləri” olaraq tanınıb və qadınlardan ibarət olub.

Nepalda ordunun müəyyən qismini zərif cinsin nümayəndələri təşkil edir.

Norveç kazarmaları qadın və kişilər üçün xüsusi olaraq ayrılmır. 1995-ci ildə Norveç dənizaltında qadın əsgərlərə hərbi xidmət verən ilk ölkə olub. Əsgərlik müddəti 19-44 yaş aralığındadır. Məcburi əsgərlik 19 ay davam edir. Qadınlar könüllü olaraq xidmət edə bilərlər.

Türkiyədə hərbi xidmət kişilər üçün məcburi olsa da istədikləri halda qadınlar da ordu sıralarına qoşula bilərlər. Türkiyədə əsasən xanımlar I Dünya müharibəsində sonra başlanan ölkədaxili Azadlıq müharibəsində aktiv iştirak ediblər. Türk qadını artıq hərbi təyyarə belə idarə edə bilir.

Amerikada vətəndaş müharibəsi zamanı Sarah Rosetta Vakeman saxta adla və cinsiyyətini gizlədərək orduya qatılıb və şimal ordusunda döyüşüb.

II Dünya müharibəsi zamanı xidmət edən qadın birliklərinin əksəriyyəti tibb bacısı vəzifəsini yerinə yetiriblər. Vyetnam müharibəsində isə onlar əsasən hava qüvvələrində olublar.

2003-cü ildə Amerika İraqla müharibə edən zaman  Jessica Lynch adlı qadın əsgərin əsir düşməsi və ardınca da xilas olunması ölkə mətbuatı tərəfindən çox danışılıb. Yenə İraqla müharibə davam edərkən ABŞ ordusuna məxsus xanım əsgərlər Lynndie England və Sabrina Harman ” Ebu Garip ” həbsxanasında əsirlərə işgəncə verdiklərinə görə saxlanıblar.

II Dünya müharibəsi zamanı SSRİ-də 1 milyon qadın silahı əlinə alıb və snayper, tüfəngçi və tank heyyəti kimi aktiv vəzifələrdə xidmət ediblər. Hərbi hava gəmilərini idarə edən qadınlar gecə zamanı alman əsgərlərinə çətin anlar yaşadıblar. Onlar 24 min reyd ediblər və 23 qəhrəmanlıq medalı qazanıblar.

Lidya Litvyak və Yekaterina Budanova hələ də tanınan hərbi pilotlardır. Piyada olaraq isə Lyudmila Pavlichenko 309 nəfəri öldürərək ən yaxşı snayperlərdən biri olub. Hazırda ordu sıralarında xidmət edən qadınlar arasında gözəllik yarışları təşkil edilir.