Türkiyə Suriyanın şimalında yerləşən Afrin şəhərində həyata keçirdiyi “Zeytun budağı” anti-terror əməliyyatı zamanı azı 2 hərbçisini itirib, daha 11 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının bəyanatında deyilir.

“Yanvarın 27-də “Zeytun budağı” əməliyyatı çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə Hərbi Hava Qüvvələrinin 22 təyyarəsi 42 hədəfi məhv edib. İki hərbçi, “Azad Suriya Ordusu”nun iki üzvü ölüb, daha 11 əsgər yaralanıb”, – deyə sənəddə bildirilir.