Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► 2018-ci ildə Rusiyadan qaz almağı planlaşdırmırıq. AzEuroNews.com–un məlumatına görə, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Qiorgi Çikovani müxalifət nümayəndələrinin sualını cavablandırarkən bildirib. Onun sözlərinə görə, Gürcüstanın bütün qaz tələbatını Azərbaycan ödəyir.

Nazir müavini bildirib ki, hazırda Gürcüstanın Rusiya qazına ehtiyacı yoxdur, çünki bizə iki mənbədən kifayət qədər Azərbaycan qazı gəlir.
Qeyd edək ki, dekabrın 28-də Gürcüstanın iqtisadiyyat nazirliyi Azərbaycandan 2,6 milyard kubmetr qaz almaq üçün balansını təsdiq edib.