Amerikalı müğənni Madonna İnstaqramda çılpaq selfisini yayımlayıb.

Kulis.-azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, fotoda müğənni üstündə Leoonardo Do Vinçinin “Mona Liza”sı əks olunan çanta ilə bədənini örtüb.

Müğənninin paylaşımı 150 mindən çox bəyənmə toplayıb.

Pərəstişkarları Madonnanın özünü “əsl sənət əsəri” adlandırıblar.

Madonna (əsl adı Luiza Çikkone) – amerikalı müğənni, rəqqasə, prodüser, uşaq yazıçısıdır. Forbes jurnalının versiyasına görə, Madonna dünyanın ən nüfuzlu qadın musiqiçisidir.