Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Gürcüstanın paytaxtında yerləşən Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının müdiri Varlam Nikoladze Azərbaycan hökumətindən kömək istəyib. AzEuroNews.com GAXA-a istinadən xəbər verir ki, o, gürcü mətbuatına müsahibəsində qeyd edib ki, teatrın yerləşdiyi bina tarixi bir binadır və onun çox problemləri var.
Onun sözlərinə görə, Bakıdan teatra aktyor dəvət etmək istəyirlər lakin, dəvət etdikləri kadrlar üçün ev, maaş və digər şərait yaratmaq lazımdır: “Buna isə bizim maddi gücümüz çatmır. Bütün bu problemləri həll etmək və gənc aktyor kadrları hazırlamaq üçün bir studiya açmalıyam. Bu istiqamətdə də maddi kömək lazımdır”.