Süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir.

“Ölkə.Az” “MedDaily”yə istinadən xəbər verir ki, bu nəticə yeni tədqiqatlardan sonar əldə olunub. Alimlərə görə, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır.

Bu səbəbdən mütəxəssislər 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz az çıxıb. Beləliklə, süd məhsullarından imtina IQ səviyyəsinə də təsir etmiş olur.

Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.

Ekspertlər vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar.