ABŞ azərbaycanlı milyarder, “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərovun adını “Kreml siyahısı”na daxil edib.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Vahid Ələkbərovla yanaşı Rusiyada fəaliyyət göstərən 96 biznesmenin adı siyahıya daxil edilib.

Siyahı bu şəxslərə qarşı sanksiyaların tətbiq olunması anlamına gəlmir. Lakin onlara qarşı sonradan sanksiya tətbiq edilə bilər.

Qeyd edək ki, Rusiya rəhbərliyinə yaxın olan 114 siyasətçi və məmur “Kreml siyahısı”na daxil edilib.