Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyaya mühacirət edən həmvətənlərimizdən bu ölkənin əcnəbilərlə iş üzrə federal idarəsi xaric  pasport tələb edir. Məlumatı AzEuroNews.com– a verən Allahyar Məmmədov adlı həmvətənimizin sözlərinə görə, artıq iki aydır ki, ona Azərbaycan pasportu ilə olduğu şəhərin əcnəbilərlə iş üzrə idarəsinə gəlməsi tələb olunur: “Hətta eşitmişəm ki, pasport təqdim etməyənlərin artıq sosial yardımlarını da kəsirlər. Həqiqətən pasportunu itirən mənim kimi şəxslərə münasibət necə olacaq bilmirəm”.

Həmvətənimizin sözlərinə görə, yaşadığı şəhərdə könüllü olaraq aparıb xarici pasportnu təqdim edən şəxsləri viza aldıqları ölkəyə deportasiya ediblər: “Barmaq izi çıxanda və xarici pasport olmayanda deportasiya işləri xeyli vaxt alır. Bunun üçünü Almaniyanın Qaçqınlar və Miqrasiya İdarəsi (BAMF) müvafiq olaraq vizanın olduğu ölkəyə və Azərbaycan səfirliyinə məktub yazmalı, cavab gözləməlidir. Sənədlər hazır olduqdan sonra deportasiya mümkün ola bilər. Bu proses də bəzən 6 aydan çox bir vaxt alır. Belə olan halda da “Dublin” təhlükəsi avtomatik olaraq ötüşmüş olur”.

Qeyd edək ki, artıq bir neçə gündür sözü gedən problemlərlə bağlı Almaniyada yaşayan həmvətənlərimiz Avropa Azərbaycanlıları | European Azerbaijanis qrupunda müzakirələrə başlayıblar. Həmin müzakirələrdən bəzilərini sizlərə təqdim edirik:

1dbb7f42-776b-4d92-a92f-5a98b684be0f 9a0a774a-6a3b-4207-834d-18da5f75f3aa 847b602c-6d80-4753-85c2-0166fc9f168e 27350cbb-e082-403e-bf6d-0df41c072188 b5009e9a-7525-4309-b92f-30396ca63d32 cdf918fb-da39-4c1f-a756-69d85175288f