Aktyor-rejissor Özcan Dəniz 6 aylıq hamilə sevgilisi Feyza Aktanı restorana aparıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən həftə keçmiş sevgilisi Buse Narcı ilə oteldə görüşdüyü iddia edilən sənətçi bununla da şayiələri yalan çıxarmağa çalışıb. Həmin dedi-qodulardan sonra Feyza ilə Özcanın arasının dəydiyi iddia edilirdi. Nahar edən və kameralara gülümsəyən cütlük “Hər şey yolundadır” deyib.

Qeyd edək ki, Özcanla Feyza bu yaxınlarda nikah masasına əyləşəcəklər.

ozcan_deniz-azeuro-1