Emil/AzEuroNews.com/ Bakı ► ► ► Azərbaycanın ayrı-ayrı bölgələrindən saytımızın ([email protected]) elektron poçtuna şikayətlər gəlməkdədir.

Füzulidən məcburi köçkün İsmayılova Bahar Kamal qızı ona və uşaqlarına verilən sosial müavinətin noyabrdan kəsildiyini deyir.

Şikayətçi AzEuroNews.com-a bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan həkim komissiyası isə ondan əlilliyin təyin olunması üçün 2000 manat rüşvət istəyir.

Göyçayda isə internet istifadəçiləri “Aztelekom” internet provayderinin xidmətindən kəskin narazılıq edirlər.

Dövlət müəssisəsi olan “Aztelekom” nəinki xidmət göstərir, digər provayderlərin fəaliyyətinə inzibatı resurslar vasitəsilə mane olur.