Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. AzEuroNews.com xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar bahalaşaraq 70,33 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,18 dollar artaraq 69,07 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 64,89 dollar təşkil edib.