Dünyaca məşhur kommunist lider, Kubanın keçmiş prezidenti Fidel Kastronun oğlu Diaz Balart intihar edib.

Oxu.Az xəbər verir ki, Balartın cəsədi Havannadakı evində tapılıb.

Bu haqda məlumatı Kubanın dövlət telekanalı yayıb. O, son vaxtlar depressiyadan əziyyət çəkir və müalicə alırmış. Balartın 68 yaşı olub.

İxtisasca nüvə üzrə fizik olan Diaz Balartın necə intihar etdiyi açıqlanmayıb.