Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
AzEuroNews.com-ın Modern.az-a istinadən məlumatına  görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
Novruz bayramı ərəfəsində isə əfv sərəncamının veriləcəyi gözlənilir.