“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) aqrar sənaye məhsullarının istehsalı üzrə mütəxəssis, baş mühasib və mühasib yerlərinə vakansiya elan edib.

“Report”un məlumatına görə, həmin vakansiyalar üçün tələblərə ali təhsil, iş təcrübəsi (ən azı 3-5 il), Azərbaycan, rus dillərini əla və ingilis dilini yaxşı bilmək, qeyd olunan sahə üzrə elmi biliklərin daim artırılması həvəsi daxildir.

İş qrafiki: l-V günlər

İstirahət günləri: şənbə və bazar günləri.

İş yeri: Bakı və Azərbaycanın digər rayon və şəhərləri

CV (resume)-lər [email protected] ünvanına göndərilməlidir. Email göndərərkən mövzu (subject) hissəsində müraciət olunan vakansiya mütləq qeyd edilməlidir. Əks halda ərizə natamam kimi qiymətləndiriləcək və baxılmayacaq.

Qeyd olunan tələblərə cavab verənlərin müraciət etməsi xahiş olunur.

Sənədlərin son qəbul tarixi mart ayının 30-dur.

Qeyd edək ki, Prezidentin 6 noyabr 2017-ci il tarixli 1665 nömrəli fərmanı ilə səhmləri dövlətə məxsus olan “ASK” ASC yaradılıb və keçən ilin dekabrın 14-dən fəaliyyətə başlayıb. Cəmiyyətin fəaliyyətinin məqsədlərindən biri tabeliyindəki müəssisələrin səmərəliliyini artırmaq, əlverişli kooperasiya əlaqələrini yaratmaq və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılması yolu ilə müvafiq sahədə malların (işlərin və xidmətlərin) istehsalını və satışını təşkil etməkdir.