“Real Madrid” futbol klubunun rəhbərliyi hücumçu Kriştianu Ronaldunun maaşını artırmaq qərarına gəlib.

“Ölkə.Az” xəbər verir ki, rəhbərlik futbolçunun maaşını 9 milyon avro artırıb.

Bundan sonra Ronaldu 2021-ci ilə qədər, yəni müqaviləsi başa çatana qədər 30 milyon avro illik maaş alacaq.

Hazırda Ronaldunun maaşı 25 milyon avrodur. Bu məbləğ bonuslarla birlikdə 25 milyon avroya qədər artır. Amma vergiləri də nəzərə alsaq, “Real Madrid” hücumçuya görə 44 milyon avro xərcləyir.