NASA Saturn planetinin ən böyük peyki olan Titan haqqında yeni açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, açıqlamaya əsasən, Titanın atmosferində həyat əlamətlərinin ola biləcəyi ilə bağlı yeni məlumatlar əldə edilib.

NASA mütəxəssisləri Titanın atmosferində mikroorqanizmlərin olduğunu sübut edəcək bir maddə kəşf ediblər. Peykin səthindən 200 km hündürdə “akrilonitril” kimyəvi maddəsi hüceyrənin strukturunun yaranmasında önəmli rola sahibdir. Araşdırmaya əsasən, akrilonitril molekullarına peykin cənub qütbündə daha çox rast gəlmək mümkündür. Bu molekullar Titan peykində mənfi 179 dərəcədə damlaya çevrilərək maye metan qazı ilə dolu göllərə düşürlər.

Qeyd edək ki, Amanda Hendriks və Yuk Yanq adlı alimlər Titanda insana lazım olan müxtəlif enerji mənbələrinin oldduğunu bildirirlər.