Ötən gün, fevralın 5-də ABŞ-ın əsas fond indeksləri geriləyib.

AzVision.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, nəticədə dünyanın ən varlı 500 insanı 114 milyard dollar itirib.

Qeyd olunub ki, ən çox ziyan “Berkshire Hathaway” investisiya fondunun başçısı Uorren Baffetə dəyib – 5,1 milyard dollar.

Daha sonra “Facebook Inc” kampaniyasının yaradıcısı Mark Zukerberq – 3,6 milyard, “Amazon”un qurucusu Ceff Bezos – 3,3 milyard, “Google” şirkətinin rəhbərləri Larri Peyc və Sergey Brin – 2,3 milyard dollar itirib.