Bakıda “Radioquraşdırma” zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
**** 20.11
Bakıda Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodu ərazisində partlayış baş verib.
APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.
Hadisə zavod ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.
Partlayış səsi ətraf ərazilərdən eşidilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananların olması barədə ilkin məlumat yoxdur.