Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan yığmasının məskunlaşdığı Olimpiya kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib.

AzEuroNews.com – un məlumatına görə, tədbirə yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin rəsmisi Həsənağa Rzayev və digər rəsmi şəxslər qatılıblar.

Fevralın 9-25-də keçiriləcək Olimpiadada Azərbaycan Patrik Braxnerlə təmsil olunacaq. Yığmamızda bayraqdar funksiyasını da yerinə yetirəcək 26 yaşlı avstriyalı slalom və nəhəng slalom növlərində çıxış edəcək.