Dubayda gəlinə bənzəyən və onun hündürlüyündə olan qeyri-adi tort hazırlanıb.

AzEuroNews.com qafqazinfo-ya istinadən xəbər verir ki, gəlinliyin dizayneri britaniyalı Debbi Uinqhem olub. Toy payları və hicab kremdən hazırlanıb.

Nişan üzüyünün isə brilliant olduğu qeyd edilib. Tort 1 milyon dollar dəyərində qiymətləndirilir.