Cənubi Koreyanın Pxençxan şəhərində Qış Olimpia Oyunları-2018 yarışlarının açılış mərasimi olub.

“Ölkə.Az” xəbər verir ki, mərasim 2 saat davam edib.

Olimpiada 9-25 fevral tarixləri arasında keçiriləcək. İdmançılar ənənəvi qış oyunlarında medallar uğrunda mübarizə aparacaqlar.

Yarışda 92 ölkə təmsil olunur. Onların altısı ilk dəfədir ki, Qış Olimpia Oyunlarında iştirak edirlər. Bunlar Kosovo Respublikası, Malayziya, Nigeriya, Sinqapur, Ekvador və Eriteriyadır.