Dünyanın ən böyük yuvarlaq almazı satışa çıxarılıb.

“Ölkə.Az”  xəbər verir ki, çəkisi 102.34 karat olan almaz dünyanın ən böyük ağ almazıdır.

“Sotheby’s” hərrac evinin qurucusu və idarə heyətinin sədri Patti Vonq deyib: “Bu daş 100 karatdan ağırdır. Karyeramda bir çox daş görmüşəm. Amma belə bir almazla ilk dəfədir ki, qarşılaşıram”.

Mütəxəssislərin fikrinə görə, almaz 36-40 milyon dollara təklif ediləcək.