İsrail Silahlı Qüvvələrinin hərbi təyyarələri fevralın 10-da Suriyanın hava məkanında İranın Pilotsuz Uçan Aparatını (PUA) ələ keçirib, eyni zamanda İslam Respublikasının bu ölkədəki “hədəflərini” vurub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyadakı Bəşşar Əsədə bağlı ordunun mətbuat xidməti bildirib.

Hərbçilər qeyd ediblər ki, Suriyanın Hərbi Müdafiə Qüvvələri İsrailin döyüş təyyarələri istiqamətində bir neçə raket atıb.