Fərhad Çağtürk/ AzEuroNews.com ► ► ► Almaniyada elektrikli maşınların iştirakı ilə baş verən qəzalarda yanğın çıxması həyəcan təbilinin çalınması ilə nəticələnib. AzEuroNews.com  alman mətbuatına istinadən xəbər verir ki, hazırda ölkədə 300 mindən çox elektrikli avtomobil istifadəçisi var. Avtobanlarda baş verən qəzaların çoxu bu avtomobillərin iştirakı ilə törədilir. Maraqlıdır qəzalar zamanı həmin avtomobillərin çoxu alışaraq yanır.

3,w=596,q=high,c=0.bild

Bir çox yanğınsöndürmə briqadaları hənin avtomobilləri söndürməyə çətinlik çəkdikləri ilə bağlı arayış yazaraq müvafiq dövlət orqanına təqdim ediblər. Onların sözlərinə görə, belə avtomobillər yanarkən enerji blokunun söndürülməsi çox vaxt alır. Eyni zamanda yanğın bəzən 2-3 dəqiqənin içərisində bütün avtomobili bürüyür. Ona görə də, elektrikli avtomobillərlə edilən qəza zaman ölüm faktı qaçılmaz olur.

Elektrikli avtomobillərlə bağlı bir başqa problem isə, kifayət qədər elektrik yükləmə mərkəzlərinin olmamasıdır. Bu avtobanlarda uzun səyahətlər zamanı sürücülərə problemlər yaradır.