Rusiyanın Moskva vilayətində “AN-148” tipli sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb.

AzEuroNews.com RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, videonun 26-cı saniyəsində partlayışın baş verdiyi əks olub. Kadrlardan göründüyü kimi, partlayış baş verdikdən sonra təyyarə müəyyən məsafə qət edir və sonda yerə çırpılır.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb.

https://www.youtube.com/watch?time_continue=43&v=fPpHb7uQA9g