AzEuroNews.com / Bakı ► ► ► Fevralın 7-də Göyçayın Bığır kənd sakini Seyidova Mehriban Sabir qızının Rayon Mərkəzi Xəstəxanasında müəmmalı şəkildə dünyasını dəyişməsində adı hallanan “Bioloji təbabət” klinikası ittihamlara cavab verib. Klinikanın mətbuat xidmətinin rəhbəri Yusif Məhəmmədoğlunun AzEuroNews.com-a verdiyi məlumata görə, həmin yazıda adı çəkilən Göyçayın Bığır kənd sakini Seyidova Mehriban Sabir qızının ölməsində tanınmış iş adamı Elxan Yaqubovun adının hallanması doğru deyil.

Yusif Məhəmmədoğlu
Yusif Məhəmmədoğlu

Mətbuat katibinin sözlərinə görə, yazıda adı çəkilən həkim Elçin Bilalov “Bioloji təbabət” klinikasının Göyçay rayon filialından 3 ildir ki, ayrılıb: “Hazırda o, Göyçay Rayon Mərkəzi Xəsətxansının baş həkimi vəzifəsində çalışır. E.Bilalovun necə işləməsinə qiyməti “Bioloji təbabət” klinikası deyil, Səhiyyə Nazirliyi verir. Rayon Mərkəzi Xəstəxanasında olan müalicə və müayinə üçün nəzərdə tutulan avadanlıqlar isə, “Bioloji təbabət” klinikası tərəfindən deyil, Səhiyyə Nazirliyi tərəfindən verilib. Klinikamız özəl olduğundan burda bütün müayinə və müalicələr pulludur”.

Həmçinin oxu
Həmçinin oxu

Y.Məhəmmədoğlunun sözlərinə görə, “Bioloji təbabət” klinikası yarandığı gündən Azərbaycan Respublikasının qanunları çərçivəsində fəaliyyət göstərir. ” “Planeta” apteklər şəbəkəsində isə, heç vaxt qanunsuz dərmanlar satılmayıb. Bunlar hamısı tərəfimizdən Elxan Yaqubova və onun rəhbərlik etdiyi müəssələrə qarşı şər və böhtan atmaq kimi qiymətləndirilir”.