ABŞ prezidenti Donald Trampın oğlunun həyat yoldaşı Vanessa içində naməlum ağ tozun olduğu zərfi açmasından sonra xəstəxanaya yerləşdirilib.

AzEuroNews.com xarici mediyaya istinadən xəbər verir ki, zərf Trampın oğlunun evinə çatdırılıb. Hadisədən sonra Vanessa yoluxmaya qarşı dezinfeksiya prosedurunu keçib.

Hazırda polis əməkdaşları və Məxfi xidmət təhqiqatla məşğuldur.