Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. AzEuroNews.com xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 62,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 59,60 dollar təşkil edib.