Bir neçə gün əvvəl məşhur futbolçu Devid Bekhem ailəsi ilə Nüsrət Gökçənin restoranında olub.

“Ölkə.Az” xəbər verir ki, Bekhemin restorana qonaq kimi gəlməsi ilə bağlı yeni iddia ortaya atılıb. İddiaya əsasən, Nüsrət Bekheme restorana gəlməsi və reklam etməsi üçün 400 min dollar ödəyib. Bekhem isə 3 övladı ilə birlikdə restoranın qonağı olub.

Bekhem Nüsrətin Nyu-Yorkdakı restoranına uşaqları ilə gəlib. Futbolçu Nüsrətin şousunu İnstaqram səhifəsində paylaşaraq tərifləyib.