Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP lideri sidik yollarında yaranan problemlə əlaqədar əməliyyat olunub.

Partiyadan verilən açıqlamada bildirilib ki, hazırda Kılıçdaroğlunun vəziyyəti yaxşıdır və yaxın zamanlarda xəstəxanadan evə buraxılacaq.