Amerikanın Kaliforniya ştatındakı San-Fransisko universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

“Ölkə.Az” xəbər verir ki, alimlər xərçəng hüceyrələrini məhv edən, şişə qarşı immunitet reaksiyasını gücləndirən yeni virus kəşf ediblər.

Qeyd edilir ki, “Pexa-Vec” virusu inək çiçəyi xəstəliyinin modifikasiya edilmiş versiyasıdır. Virusa peptid molekulunu kodlaşdırılan gen əlavə edilib. Bu molekul immunitet hüceyrələrinin artımını sürətləndirir. Virusun tərkibindəki “timidin kinaz” geni çıxarılıb. Nəticədə infeksiya ancaq xərçəng hüceyrələrində artıb çoxala bilir.

Virus ilk dəfə siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, “Pexa-Vec” virusu bədxassəli şişləri qidalandıran qan damarlarının artımını məhdudlaşdırır və böyüməsinin qarşısını alır.