Ankarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüş mətbuata qapalı keçirilib. Tillerson Ərdoğanla görüşdən sonra Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə danışıqlar aparacaq.

(19:54)

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfərə edib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ankarada olan Tillerson əvvəlcə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə, sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcək.

ABŞ dövlət katibinin kritik Türkiyə səfəri zamanı Afrin əməliyyatı və Birləşmiş Ştatların PKKterrorçularına dəstək verməsi ilə bağlı məsələlər müzakirə olunaca